3 yanvar 2024 at 10:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85342050
T T
0 Persons

Tags

Livan hökuməti İsmayıl Həniyyənin müavininin Beyrutda terror edilməsinə reaksiya verib

Tehran - İRNA - Livanın Baş naziri çıxışında sionist rejimin Beyruta hücumu nəticəsində HƏMAS Siyasi Ofisi rəhbərinin müavininin terror edilməsini pisləyib və bunu işğalçı rejimin Livanı müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirib.

İRNA-nın çərşənbə axşamı, axşam saatlarında “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livanın Baş naziri Nəcib Miqati deyib: “Bu partlayış İsrailin yeni cinayətidir və şübhəsiz ki, cənubda davam edən gündəlik hücumlardan sonra Livanı qarşıdurmanın yeni mərhələsinə sövq etmək niyyətindədir.”

“Bu partlayış bizim ölkədən müharibə qorxusunu uzaqlaşdırmaq üçün göstərdiyimiz səylərə aydın cavabdır” - deyə, Miqati əlavə edib.

Baş nazir bildirib: “Biz İsrailin siyasi səviyyəsinə xəbərdarlıq edirik ki, Qəzzadakı məğlubiyyətlərini Livan sərhədlərinə doğru çəkməsin və yeni münaqişə qaydaları qəbul etdirməyə çalışmasın.”

Miqati həmçinin müvafiq ölkələrdən sionist rejimin təcavüzkarlığını dayandırmaq üçün ona təzyiq göstərmələrini istəyib.

Sizin rəyiniz

You are replying to: .